"İntervyuya psixoloji hazırlıq" və ya "Cavabı bilirdim, amma kəsildim"

Hasan Shans
6 min read5 days ago

--

İntervyuda siz biliklərinizi yox, özünüzü göstərirsiniz. Əgər uğurlu göstərə bilsəniz, biliyiniz az olsa belə — keçəcəksiniz. Və əksinə.

Hər uğurlu müğənni sənətkar deyil və hər sənətkar uğurlu deyil. Hər bilikli namizəd intervyunu keçmir və hər keçən (mütləq ki) bilikli deyil.

Ona görə də, intervyuya pxisoloji hazırlıq texniki hazırlıq qədər (bəlkə də, ondan da çox) vacibdir.

Çox adam intervyuya hazırlaşarkən, əsasən, texniki biliklərə fokuslanır. Amma hər bir intervyu — psixoloji oyundur. İstəlinən oyunda olduğu kimi, burada da hazırlıqlı olmaq uğur qazanmaq şansını artırır.

Mind games

İnternetdə texniki hazırlıqla bağlı "n" qədər material tapmaq olar. Bəzən, psixoloji tərəfə də toxunulur, amma üzdən. Adətən "5 ildən sonra özünzü harada görürsünüz?" tipli suallara hazırlıqlar olur. Həqiqətən, ətraflı və dərin tövsiyyələr isə tapmaq çox çətindir.

Mənim burada yazdıqlarım universal resept deyil. Öz şəxsi təcrübəmə əsaslanmış müxtəlif məsləhətlərdi. Sizin üçün onların nə dərəcədə effektiv olması, onları nə dərəcədə effektiv icra etmək qabiliyyətindən də aslıdır.

Başlayaq :)

Həyəcan

İntervyuların qənimi az biliyə sahib olmaq deyil — həyəcandır.

Həyəcan — intervyunun ən böyük düşmənidir. Nə qədər bilikli olsanız da, bilikli olduğunuzu göstərə bilmirsinizsə — xeyri yoxdur. Öz-güvəniniz yüksək, biliyiniz nisbətən aşağı olsa belə, keçmək şansınız daha çox olacaq.

Siz pis vəziyyətə düşməkdən qorxduğunuz üçün pis vəziyyətə düşürsünüz.

Xoşuna gəldiyin qıza yaxınlaşmaq hər zaman daha çətindir, nəyinki neytral birinə. Bu hər yerdə belədir: intervyuya hazırlıqlı girin, lakin vecsiz yanaşın. Sanki, sizin onlara yox, onların sizə ehtiyacı var (ki, əslində, həm də elədir). İmtina almaqdan qorxmayın.

"İtirəcəyim heçnə yoxdur: ən pis halda kəsiləcəm və təcrübə toplamış olacam."

İntervyudan sonra dostlarınızla əylənməyə gedəcəksiniz” deyə düşünün. İntervyuya xüsusi bir hadisə kimi yox, tez-bazar verib, gedəcəyiniz bir şey kimi baxın. Bütün bunların stressi azaldır, lakin bunu məsuliyyətsizliklə qarışdırmayın. Elementar şeylərə riayət edin (vaxtında girin, hazırlıqlı olun və s.)

Bədən dili

Üz ifadənizi qəmli edib, bir neçə dəqiqə elə saxlayın — qəmi hiss etməyə başlayacaqsınız. Süni olsa belə. Beyin ən ağıllı olduğu qədər də, ən axmaq orqandır. :)

Eynisi əksinə də işləyir: hətta, “laughter yoga” (gülüş yoqası) adında praktika belə var. Yalandan da olsa, uzun müddət gülsəniz, beyniniz bunu real olaraq qəbul edəcək və doğurdan əhvalınız yaxşılacaq.

Necə deyərlər, “fake it till make it”.

Eynisi oturuş formasına da aiddir. Biz öyrəşmişik intervyuda ciddi pozada oturaq, amma şagird imtahana girirmiş kimi özünüzü aparsanız, şagird imtahanda hiss etdiyini edəcəksiniz — həyəcan.

Online intervyu verirsinizsə, kamera sinədən aşağını çəkmir. Ayaqlarınızı uzadın, ya da bir birinin üstünə qoyun. Maksimum rahat olun. Əgər şortikdə oturmaq rahatlığınızı artıracaqsa — oturun. Bədəninizi rahat saxlayın, özünüzü şagird kimi aparmayın.

Ofisdə bu cür oturmadığınız üçün, bu poza sizə rahat yerdə olduğunuzu xatırladacaq.

Mütləq deyil ki, dayanmadan monitora baxasınız. Ara-sıra ətrafa baxın, fikrinizi dağıdın. Yanınıza su qoyun — tez-tez için. Qarşı tərəfə çox da bildirmədən, bədəninizi yüngülvari stretch də edə bilərsiniz.

Rahat olun.

Kəsilmək qorxusu

Hər kəsildiyiniz intervyu problemin sizdə olmasına dəlalət eləmir — kəsilməkdən qorxmayın. İnsan faktoru çox böyük rol oynayır (intervyu götürəndən çox şey aslıdır). Hətta intervyunun günün hansı vaxtında keçirildiyi belə nəticəyə təsir edə bilər. Odur ki, özünüzü günahlandırmayın. Ola bilər, siz hələ “öz şirkətinizi” tapmamısınız…

Bəzən, hər şey əla gedir, ən son mərhələdə kəsirlər.
Kəsildiyiniz intervyuların boşa getdiyini də düşünməyin. Əksinə, dərs çıxarmağa çalışın. Mütləq feedback tələb edin (ətraflı izah etsinlər ki, nəyə görə kəsilmisiniz) və zəif nöqtələrinizi təkrarlayaraq möhkəmləndirin ki, növbəti intervyulara daha da hazırlıqlı olasınız. Səhv etmirəmsə, sınaq intervyusu kimi xidmət göstərən saytlar da var, orada özünüzü sınaya da bilərsiniz.

İmkan olarsa, intervyuları video şəklində yazıb, sonradan yenidən üstündən keçin. Bu sizə ilişdiyiniz yerləri təkrar analiz etməyə kömək olacaq.

Psixoloji fəndlər

Eynşteyn fəndi və ya "bilməyəndə, nə cavab verim?"

Məsələn, mən bir şeyi bilməyəndə, zarafatla

Eynşteyn demişkən, bir şey kitabda var ikən, onu niyə əzbərləyib, beynimdə saxlayım ki. Gərəkən zaman qısa müddət ərzində öyrənib və tətbiq edə bilərəm, problem deyil.”

cavabını verirəm. (Eyşteyndən səsin sürətinin neçə olduğu soruşulanda məhz elə cavab vermişdi.)

"Düz demirəm?"

Elə dövrdə yaşayırıq ki, hər şeyi bilmək olmur. İllahda ki, İT sahəsində.

Hər şeyi bilmək məcburiyyətində də deyilsiniz. Bir şeyi bilməyəndə sadəcə, zarafatla “lazım gələrsə, qısa zaman ərzində öyrənə bilərəm.” deyə cavab verə bilərsiniz. Nəzəri bilikləriniz az da olsa varsa “nəzəri biliklərim var, ehtiyac olmadığı üçün işlətməmişəm.” də əlavə edə bilərsiniz.

Və ya:

Bu texnologiya ilə işləmişəm, amma real təcrübəm yoxdur, sadəcə lokalda test-proyektlər yazmışam. (eskperimentlər etmişəm). Əslində, sizin proyektdə bunun istfadəsi mənim üçün fürsət oldu, qısa zamanda mən də biliyimi təkmilləşdirərəm.

“Axı öyrənə bilmərəm” — deyə düşünməyin. Birincisi, buna ethiyac olacaq ya yox — böyük sual altındadır, lakin, sizin o cür cavab verməyiniz qarşı tərəfin sizin haqda olan fikirlərinə müsbət təsir edəcək.
İkincisi, niyə də yox? Bura kimi gəlib, bu qədər şey öyrənmisinizsə, niyə bir addım daha atıb əlavə bir şey öyrənməyəsəniz ki? :)

Bilmirəm” sözünü işlətməkdən çəkinməyin. Amma quru olaraq “bilmirəm” yerinə, eyni fikri daha bəzənmiş formada ifadə edin.

Hər şeyi bilmək məcburiyyətində deyilsiniz. Heç lazım da deyil. Bunu etməyə cəhd etməyin. Onsuz da alınmayacaq.

Morgan Freeman fəndi

ChatGPT, oyunlardaki botlar və s. — hər biri düşünərək reaksiya verir.
Birdən-birə cavab generate olunsa — təbii görünməyəcək.

Eynisi intervyulara da aiddir: sizdən bir sual soruşulanda dərhal cavab verməyin, sualın cavabını bilsəniz də. Bu əzbərçilik kimi və süni görünür.
Biraz “düşünmə imitasiyası” edin, daha sonra cavablayın.

248230 reject alan namizədin baxışı

Yəqin ki, “Shawshank Redemption” filminə baxmısınız. Morgan Freeman-ı hər sorğu edəndə — klişe, kitab cümlələrindən istifadə edir — və hər dəfə buraxılması üçün imtina alır. Sonda içindən gələn, öz sözləri ilə, səmimi cavablar verir — və azad olur.

Sualın içində cavab

Sizcə Bakının sahəsi daha çoxdur yoxsa London, Paris, Barselona və Lisbonun toplam sahəsi?

Əgər yuxarıdaki sualın cavabı “əlbəttə, Bakı onlardan daha balacadır” olsa idi, o sualı verməyin nə mənası var idi? “𝘚ə𝘯𝘤ə 𝘥𝘪𝘯𝘰𝘻𝘢𝘷𝘳 𝘥𝘢𝘩𝘢 𝘣ö𝘺ü𝘬𝘥ü 𝘺𝘢 𝘵𝘰𝘺𝘶𝘲?” sualı kimi o da absurd səslənərdi.

Demək ki, gözlənilməz sualın gözlənilməz də cavabı olur. Bəli, Bakının sahəsi sadalanan şəhərlərin toplam sahəsindən (rəsmi olaraq) daha çoxdur.

Eyni vəziyyət bəzən intervyularda verilən suallarla da yaranır. Bəzən, çaşdırıcı suallar qarşısında adam özü də çaş-baş qalır. Əsas olan, özünü itirmədən, özgüvənli şəkildə cavab verməkdi.

Məndən bir intervyuda “CORS sorğuları backend tərəfdən bloklanır yoxsa brauzer?” soruşmuşdular. Cavabın “brauzer” olduğundan əmin idim, lakin, necə deyərlər “təkərə düşdüm” və “backend” cavabı verdim.

Növbəti sual: “PowerShell-dən göndərilən sorğu necə? O da bloklanacaq?
Bax bu artıq, “Sualın içində cavab” dediyim həmin məqamdır.

Çünki, birinci suala doğru cavab vermiş olsa idim (brauzer), ikinci sual yersiz olardı. (PowerShell brauzer olmadığı üçün məlum məsələdir ki, sorğu bloklanmayacaq.)
Deməli, bu sual verilirsə — birinci sualda yalnışlığım olub və bu da mənə əvvəlki səhvimi düzəltmək üçün verilmiş fürsət idi.

Cavabı bilmək — hələ səhv etməmək demək deyil.
Əsəs məsələ, səhv edərkən, onu necə düzəltməkdən gedir.

Xülasə

İstəlinən halda, ən gözəl hazırlıq — təcrübədir. Heç bir intervyunu qaçırmayın. Ən əsası — süni və mexaniki yanaşmanı axıcı və təbii davranışla əvəzləyin.

Unutmayın ki, intervyu tək biliyi ölçmür, həm də sizin obrazınızı ölçür. Hər uğurlu müğənni sənətkar deyil və hər sənətkar uğurlu deyil. Hər bilikli namizəd intervyunu keçmir və hər keçən (mütləq ki) bilikli deyil.

Siz pis vəziyyətə düşməkdən qorxduğunuz üçün pis vəziyyətə düşürsünüz.

Kəsilməkdən qorxmayın. Pul itirməyən biznesmen yoxdur.

Bilməməkdən çəkinməyin. Hər şeyi bilmək mümkünsüzdü.

“İtirəcəyim heçnə yoxdur: ən pis halda kəsiləcəm və təcrübə toplamış olacam.”

İntervyuda siz biliklərinizi yox, özünüzü göstərirsiniz. Əgər uğurlu göstərə bilsəniz, biliyiniz az olsa belə — keçəcəksiniz. Və əksinə.

--

--

Hasan Shans
Hasan Shans

Written by Hasan Shans

Junior Philosopher & Polyglot.

Responses (1)